Çempionlar Liqasında həftənin ən yaxşısı
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub.
Sportline.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində, “Liverpul”un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib. O, 92 faiz səslə "Real"ın müdafiəçisi Marselonu üstələyib.
Xatırladaq ki, Salah "Roma" ilə görüşdə (5:2) 2 qol və 2 məhsuldar ötürmənin müəllifi olub.