Çempionlar Liqasında həftənin ən yaxşısı

UEFA,  Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, “Liverpul”la oyunda (3:0) iki qol vuran Messi bütün rəqiblərini qabaqlayıb. 

Qeyd edək ki, namizədlər arasında "Barselona"nın digər futbolçusu Luis Suares, həmçinin “Ayaks”dan Donni van de Bek və Frenk de Yonq də olub.