Çempionlar Liqasında həftənin ən yaxşısı

Çempionlar Liqasınfa həftənin ən yaxşı futbolçusu məlum olub.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Bavariya"nın futbolçusu Serj Qnabri hamını qabaqlayıb.

O, səsvermədə Luis Suares ("Barselona"), Əşrəf Hakimi ("Borussiya", Dortmund) və Emmanuel Dennisi ("Brügge") geridə qoyub.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi qrup mərhələsinin 2-ci turunda "Tottenhem"lə görüşdə (7:2) 4 qol vuraraq pokerə imza atıb.