Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Sportline.az  qurumun rəsmi sayıtna istinadən xəbər verir ki, bu,  "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salahdır. Misirli futbolçu səslərin 53 faizinə sahib çıxıb.

İkinci yerə  Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu 35 faiz səs yığıb. Almaniya "Bavariya"sının yarımmüdafiəçi Xames Rodriqes isə 5 faiz səslə 3-cü olub.

Qeyd edək ki, Salah "Liverpul"un Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda 1 qola imza atıb.