Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, Avstriyanın “Zalsburq” klubunun hücumçusu Erlinq Holand qrup mərhələsinin 1-ci turunun ən yaxşısı olub. 19 yaşlı futbolçu səsvermədə  Mark Andre Ter-Stegen ("Barselona"), Anxel Di Mariya (PSJ) və Mislav Orşiçi ("Dinamo" Zareb) qabaqlayıb.