Çempionlar Liqasında həftənin oyunçusu

Çempionlar Liqasının qrup mərhələsində, V turun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Bavariya”nın hücumçusu Robert Levandovski  seçilib.

O, Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romelo Lukakunu (“İnter”) qabaqlayıb.

Qeyd edək ki, polşalı forvard son turda “Srvena Zvezda” ilə görüşdə (6:0) 4 qol vurub.