Çempionlar Liqasında həftənin oyunçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az  UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Tottenhem"in yarımmüdafiəçisi Lukas Moura bu ada layiq görülüb.

Namizədlər arasında Jorjino Veynaldum, Trent Aleksander-Arnold (hər ikisi "Liverpul") və Mouranın komanda yoldaşı Mussa Sissoko da var idi

Xatırladaq ki, braziliyalı futbolçu yarımfinalının "Ayaks"la cavab matçında 0:2 geridə olduqları vaxt 3 qol vuraraq komandasını finala yüksəldib.