Çempionlar Liqasında həftənin rəmzi komandası

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk həftəsinin rəmzi komandası açıqlanıb:


Qapıçı: Uqo Lloris (“Tottenhem”);


Müdafiəçilər: Serj Orye, Yan Vertongen (Hər ikisi “Tottenhem”), Presnel Kimpembe (PSJ);


Yarımmüdafiəçilər: Hın Min Son, Kristian Eriksen (Hər ikisi “Tottenhem”), Nikola Zaniolo (“Roma”), Anxel Di Maria (PSJ);


Hücumçular: Kərim Benzema (“Real”), Kilian Mbappe (PSJ), Edin Dzeko (“Roma”).