Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma olacaq.

Təmsilçimiz “Qarabağ”ın III mərhələdəki potensial rəqibləri  - “Sutyeska” (Monteneqro) ilə APOEL (Kipr) də üz-üzə gələcək.

Qeyd edək ki,"Qarabağ" sabah İrlandiya səfərində "Dandolk"la qarşılaşacaq. 



23 iyul

ÇL-in 2-ci təsnifat mərhələsi, ilk oyunlar


21:00.”Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan)

21:30.”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

22:00.PSV (Holllandiya) – “Bazel” (İsveçrə)

22:00.TNS (Uels) – “Kopenhagen” (Danimarka)

23:15.“Sutyeska” (Monteneqro) – APOEL (Kipr)


24 iyul

BATE (Belarus) – “Rosenburq” (Norveç)

“CFR Kluj” (Rumıniya) – “Makkabi” (Təl Əviv,İsrail)

“Ferenkvaros” (Macarıstan) – “Valetta” (Malta)

“Maribor” (Sloveniya) – AİK (İsveç)

“Seltik” (Şotlandiya) – “Kalju” (Estoniya)

“Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya)