Çempionlar Liqasında III təsnifat mərhələsinin cütlükləri müəyyənləşdi
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, artıq III təsnifat mərhələsinin bütün cütlükləri məlumdur.
Azərbaycan çempionu "Qarabağ" "pley-off"a vəsiqə uğrunda Belarusun BATE klubu ilə qarşılaşacaq.
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) və "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) duelləri də gərgin mübarizə vəd edir.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar Yolu
"Seltik" (Şotlandiya) - AEK (Afina, Yunanıstan)
"Zaltsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya)
"Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya)
"Qarabağ" (Aazərbaycan) - BATE (Borisov, Belarus)
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Malmö" (İsveç) - "Videoton" (Macarıstan)
Liqa Yolu
"Standard" (Lyej, Belçika) - "Ayaks" (Hollandiya)
"Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
"Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)
PAOK (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.