Çempionlar Liqasında kim daha şanslıdır?
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atıldıqdan sonra komandaların çempionluq üçün şansları açıqlanıb. SportLine.az xəbər verir ki, Madrid "Real"ı yarışın favoriti hesab olunur. La Liqa təmsilçisinin çempionluq imkanları 2,5 əmsalı ilə dəyərləndirilir.
"Bavariya"nın əsas mükafata yiyələnmək imkanları 3, "Liverpul"un isə 3,1 əmsalı ilə tədim olunur.
1/4 finalda "Barselona"nı mübarizədən kənarlaşdıran "Roma"nın finalda qələbəsi 9 əmsalla qiymətləndirilir.
Qeyd edək ki, Çempionlar Liqasının qalibi mayın 26-da Kiyevin Olimpiya Stadionunda keçiriləcək həlledici görüşdə müəyyənləşəcək.