Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasında ilkin təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, mərasimdə 4 komanda rəqibini tanıyıb.
Yeni qaydalara əsasən, ən zəif reytinqə malik 4 ölkənin təmsilçisi arasında mini turnir təşkil olunacaq. Turnirin qalibi Çempionlar Liqasında yoluna davam edəcək. Oyunlar bir stadionda keçiriləcək. Bu il Cəbəllütariq "Viktoriya" stadionu turnirə ev sahibliyi edəcək.

"Viktoriya" Stadionu, Cəbəllütariq
Püşkatmanın nəticələrinə gəlincə, "Santa Koloma” (Andorra) "Drita” (Kosovo) ilə, "La Fiorita” (San-Marino) isə "Linkoln Red İmps”lə (Cəbəllütariq) münasibətləri aydınlaşdıracaq.
Çempionlar Liqası
İlkin təsnifat mərhələsi
Yarımfinal görüşləri
"Santa Koloma” (Andorra) - "Drita” (Kosovo)
"La Fiorita” (San-Marino) - "Linkoln” (Cəbəllütariq)
Qeyd edək ki, mini turnirin yarımfinal görüşləri 26 iyun, finalı isə 29 iyun tarixində keçiriləcək.