Çempionlar Liqasında püşk nə vaxt atılacaq?
Çempionlar Liqasında 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, keçirilən görüşlərdən sonra "Liverpul", "Roma", "Bavariya" və "Real" klubları mübarizəni davam etdirir.
Yarımfinal mərhələsinin püşkü isə sabah atılacaq. UEFA-nın Nyondakı qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.