ÇL: Sonuncu vəsiqəni "Lion" qazandı, "Real" və "Yuventus" uduzdu

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha 8 qarşılaşma keçirilib.

Diqqətlər, əsasən, Ukraynaya yönəlib. Burada "Şaxtyor" və "Lion" kolektivləri 1/8 final mərhələsinə sonuncu vəsiqənin sahibini müəyyənləşdirib. Heç-heçəyə nail olan "Lion" adını "pley-off"a yazdırıb.

Gecə "Yuventus" və "Mançester Yunayted"in məğlubiyyəti ilə də yadda qalıb.

12 dekabr 2018
Çempionlar Liqası
6-cı tur

"G" qrupu

"Real" - MOİK Moskva - 0:3
QOLLAR:
Çalov, 37 (0:1); Şennikov, 43 (0:2); Siqurdsson, 73 (0:3)

"Viktoriya" Plzen - "Roma" - 2:1
QOLLAR:
Kovarik, 62 (1:0); Cengiz Ünder, 68 (1:1); Çori, 72 (2:1)

1. Real 6 12
2. Roma 6 9
3. Viktoriya Plzen 6 7
4. MOİK Moskva 6 7

"E" qrupu

"Ayaks" - "Bavariya" - 3:3
QOLLAR:
Levandovski, 13 (0:1); Duşan Tadiç, 61 (1:1); Duşan Tadiç, 82/p. (2:1); Levandovski, 87/p. (2:2); Kinqsli Koman, 90+1 (2:3); Talyafiko, 90+6 (3:3)

"Benfika" - AEK Afina - 1:0
QOL:
Qrimaldo, 88 (1:0)

1. Bavariya 6 14
2. Ayaks 6 12
3. Benfika 6 7
4. AEK Afina 6 0

"F" qrupu

"Mançester Siti" - "Hoffenhaym" - 2:1
QOLLAR:
Kramariç, 16/p. (0:1); Leroy Sane, 45+1 (1:1); Leroy Sane, 61 (2:1)

"Şaxtyor" Donetsk - "Lion" - 1:1
QOLLAR:
Moraeş, 22 (1:0); Nabil Fekir, 65 (1:1)

1. Mançester Siti 6 13
2. Lion 6 8
3. Şaxtyor Donetsk 6 6
4. Hoffenhaym 6 3

"H" qrupu

"Valensiya" - "Mançester Yunayted" - 2:1
QOLLAR:
Soler, 17 (1:0); Fil Cons, 47/a.q. (2:0); Reşford, 87 (2:1)

"Yanq Boyz" - "Yuventus" - 2:1
QOLLAR:
Hoarau, 30/p. (1:0); Hoarau, 68 (2:0); Dibala, 80 (2:1)

1. Yuventus 6 12
2. Mançester Yunayted 6 10
3. Valensiya 6 8
4. Yanq Boyz 6 4