Çempionlar Liqasında təyinatlar açıqlandı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları açılqanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Liverpul" - "Portu" görüşü ispaniyalı Antonio Migel Mateu Lahoza həvalə olunub.

"Tottenhem" - "Mançester Siti" matçını isə, hollandiyalı Byorn Kuypers idarə edəcək.

Qeyd edək ki, bu oyunlar sabah Bakı vaxtı ilə 23:00-da başlanacaq.