"Çempionlar Liqasında videotəkrardan istifadə olunmayacaq" - Çeferin
"UEFA Çempionlar Liqasında növbəti mövsüm də videotəkrar sistemindən istifadə edilməyəcək". SportLine.az xəbər verir ki, bu sözləri qurumun baş katibi Aleksandr Çeferin deyib.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən konqresdə çıxış edən UEFA rəsmisi videotəkrar sisteiminin tətbiqinə tələsmədiklərini dilə gətirib:
"Mən videotəkrar sisteminin tətbiqinə qarşı deyiləm. Amma azarkeşlər buna vərdiş etməlidirlər. Rusiyada keçiriləcək Dünya çempionatı bunun üçün əla fürsət olacaq. Ola bilsin, qarşıdakı illərdə Çempionlar Liqasında da bu sistemdən istifadə edilsin".