"Liverpul" Çempionlar Liqasının qalibidir

Bu gün UEFA Çempionlar Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, qitənin ən böyük klub turnirinin finalında İngiltərə komandaları - “Tottenhem”lə “Liverpul” mübarizə aparıb.

Hər iki klub pley-of mərhələsində güclü kollektivlərə qalib gəlib. “Tottenhem” ardıcıl olaraq “Borussiya” Dortmund, “Mançester Siti” və “Ayaks”ı mübarizədən kənarlaşdırıb. “Liverpul” isə “Bavariya”, “Portu” və “Barselona”nı məğlub edib.

UEFA Çempionlar Liqası
1 iyun
Final

23:00 “Tottenhem” – “Liverpul” 0:2
Qol: Məhəmməd Salah, 2 (0:1), Divok Origi, 87 (0:2).

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. "Vanda Metropolitano" stadionu.