Çempionlar Liqasının qalibi müəyyənləşdi

Asiya qitəsində keçirilən Çempionlar Liqasının qalibi bəlli olub.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu iki oyundan ibarət olan finalda Yaponiyanın "Urava Red Daymonds" klubuna qalib gəlib - 1:0 və 2:0.

Bununla da komanda tarixində 3-cü dəfə ÇL-in qalibi olub.

"Əl-Hilal" klublararası dünya çempionatında iştirak edəcək.