Çempionlar Liqasının rekordları

Sabah Çempionlar Liqasında yeni mövsüm start götürəcək. SportLine.az xəbər verir ki, ilk tur ərəfəsində UEFA yarışın qrup mərhələsinin rekordları ilə bağlı yazı hazırlayıb. Həmin yazını diqqətinizə çatdırırıq:

1. "Barselona", "Porto" və "Real" 23-cü dəfə qrup mərhələsində iştirak edəcək;

2. Yarşın ən çox xal qazanan, qol vuran və çempion olan komandası "Real"dır;

3. Lionel Messi və Kriştianu Ronaldu qrup mərhələsinin ən çox qol vuran futbolçularıdır (60 qol). L.Messi 60 qolu 63 oyunda vurub (Hər oyuna 0,95 qol). 40 qolla Kərim Benzema ikincidir; 

4. "Srvena Zvezda", "Yanq Boyz" və "Hoffenhaym" komandaları yarışın qrup mərhələsində debüt edəcək;

5. Çempionlar Liqası tarixində iştirakçı komandaların sayı 140-a çatacaq;

6. Yarışın qrup mərhələsində ən çox oyun keçirən futbolçular:
          - İker Kasilyas ("Real", "Porto") - 89
          - Xavi ("Brselona") - 80
          - Kriştianu Ronaldu ("Mançester Yunayted", "Real") - 78

7. Bir oyunda ən çox qol vuran futbolçu Luiz Adrianodur. O, 2014/2015-ci il mövsümünün qrup mərhələsində Donetsk "Şaxtyor"unun heyətində BATE-nin qapısına 5 dəfə yol tapıb. Qarşılaşma Ukrayna təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb;

8. Qrup mərhələsinin ən çox qol vuran futbolçusu Kriştianu Ronaldudur. Portuqaliyalı 2015/2016-cı il mövsümünün qrup mərhələsində 11 qol vurub;

9. Qrup mərhələsinin ən tez vurulan qolu 1 noyabr 2011-ci ildə "Valensiya" - "Bayer" (Leverkuzen) matçında qeydə alınıb. Xonas 11-ci saniyədə (10,96) fərqlənib;

10. Qrup mərhələsinin ən tez vurulan avtoqolu isə 23 oktyabr 2013-cü ilə təsadüf edib. "Mançester Yunayted" - "Real Sosyedad" matçında İnyiqo Martinez "fərqlənib";

11. Ən sürətli het-trik Bafetimbi Qomisin aktivindədir. "Lion"da çıxış edərkən Zaqreb "Dinamo"suna qarşı görüşdə 8 dəqiqəyə üç qol vuran futbolçu komandasının 7:1 hesablı qələbəsində əsas pay sahibi olub;

12. Ən gənc futbolçu "Anderlext"in heyətində çıxış edən Selestin Babayaro olub. O, 16 yaş 87 günlüyündə Buxarest "Styaua"sına qarşı oyuna çıxıb (23 noyabr 1994);

13. Qol vuran ən gənc oyunçu isə "Olimpiakos"un heyətində çıxış edən Peter Ofori-Quaye olub. O, 1 oktyabr 1997-ci ildə "Rusemborq"a qarşı keçirilən görüşdə 17 yaş 195 günlüyündə fərqlənib;

14. Ən yaşlı oyunçu Marko Ballotta olub. O, 43 yaş 253 günlüyündə "Latsio"nun heyətində "Real"a qarşı oynayıb (11 dekabr 2007);

15. Qol vuran ən yaxşı oyunçu isə Françesko Tottidir. O, 38 yaş 59 günlüyündə MOİK (Moskva) - "Roma" matçında fərqlənib (25 noyabr 2014);

16. Yarışda ən çox xal qazanan komandalar:

         - "Real" - 285 xal
         - "Barselona" - 273 xal

17. Ən çox qol vuran komandalar:

         - "Real" - 321 xal
         - "Barselona" - 293 xal

18. Qrup mərhələsini ən çox adlayan komanda "Real"dır (22 dəfə);

19. Qrup mərhələsini ən çox lider tamamlayan komanda "Barselona"dır (19 dəfə);

20. Qrup mərhələlərində ən uzun məğlubiyyətsizlik seriyası da "Barselona"ya məxsusdur: 11 oyun;

21. Qrup mərhələsində ən çox qələbə qazanan komandalar "Mian" (1992/1993), PSJ (1994/1995), "Spartak" (Moskva, 1995/1996), "Barselona", 2002/2003, "Real"dır (2011/2012, 2014/2015);

22. Ən çox heç-heçə edən komanda: AEK (Afina). Yunanıstan təmsilçisi 2002/2003 mövsümündə 6 oyunun hamısında sülh bağlayıb;

23. Ən çox qol vuran komanda PSJ-dir (25 qol);

24. Ən çox qol buraxan komandalar isə BATE və "Legiya"dır (24 qol)

25. Bir qrup mərhələsində ən az qol buraxan komandalar: "Milan", "Ayaks", "Yuventus", "Valensiya", "Liverpul", "Çelsi", "Mançester Yunayted", "Monako", PSJ, "Barselona" (1 qol);

26. Bir qrup mərhələsində ən az qol vuran komandalar: "Deportivo", "Makkabi" (Hayfa), "Dinamo" (Zaqreb) (0 qol);

27. Ən az xalla qrup mərhələsini adlayan komanda: "Zenit". Sankt -Peterburq təmsilçisi 2013/2014-cü il mövsümündə 6 xalla 1/8 finala yüksəlib;

28. Ən çox qol vurulan oyun:

         "Borussiya" (Dortmund) 8:4 "Legiya" (Varşava) (22 noyabr 2016)

29. Ən böyük hesablı qələbə/məğlubiyyət:

         "Liverpul" 8:0 "Beşiktaş" (16 noyabr 2007)

30. Ən böyük hesablı heç-heçə:

         "Hamburq 4:4 "Yuventus" (13 sentyabr 2000)

31. Qrup mərhələsində ən çox təmsil olunan ölkələr:

          - İspaniya: 87
          - İngiltərə: 84
          - Almaniya, İtaliya: 74

32. İndiyə qədər qrup mərhələsində təmsil olunmayan ölkələr:

(22 ölkə) - Albaniya, Andorra, Ermənistan, Bosniya və Herseqovina, Estoniya, Farer adaları, Makedoniya, Gürcüstan, Cəbəllüttariq, İslandiya, Kosovo, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Şimali İrlandiya, İrlandiya, San-Marino, Uels.