Çempionlar Liqasının rəsmi topu

2019-2020 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin oyunlarında istifadə ediləcək top təqdim olunub.

Sportline.az xəbər verir ki, bu barədə Çempionlar Liqasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Top "Adidas" şirkəti ilə birgə hazırlanıb.

Qeyd edək ki, bu gün ÇL-də qrup mərhələsinin püşkü atılacaq. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.