Çempionlar Liqası: "Tottenhem" "Ayaks"a məğlub oldu

UEFA Çempionlar Liqasında ilk yarımfinal oyunu olub. 

Sportline.az xəbər verir ki, İngiltərə paytaxtında keçirilən qarşılaşmada yerli "Tottenhem" Hollandiya "Ayaks"ını qəbul edib. 

London futbolçuları ötən mərhələdə "Mançester Siti"ni, "Ayaks" isə "Yuventus"u "relsdən salıb.

Komandalar meydana optimal heyətlə çıxa bilməyiblər. "Tottenhem"in baş məşqçisi Mourisio Poçettino cəzalı Son Hin Minlə yanaşı, zədəli Serj Orye, Mussa Sissoko və Harri Keynin xidmətindən yararlana bilməyib. Harri Vinkslə Erik Lamelanın durumu isə tam aydın deyildi.

"Ayaks"ın da heyətlə bağlı problemləri var idi. Zədəli Karel Eytinq, Hassan Bande və Vatslav Çerni görüşü kənardan izləyib.  Nussair Mazrauinin isə meydana çıxacağı sual altında idi. 

Qeyd edək ki, bu gün keçiriləcək digər yarımfinal matçında "Liverpul "Barselona"nın qonağı olacaq. 

Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel

“Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) 0:1
Qol:
Donni van de Beek, 15.
Baş hakim: Antonio Migel Mateus Lahis (İspaniya)
London. “Tottenhem” stadionu