Çempionluq mübarizəsində "Traktor Sazi"dən növbəti qələbə
İran çempionatının 24-cü turunda "Traktor Sazi" Təbrizin "Səhənd" stadionunda "Sanat Naft" klubunu qəbul edib.
Sportline.az xəbər verir ki, ilk dəqiqələrdən üstünlüyə yiyələnən Təbriz komandası miniml hesablı qələbəyə sevinib.
"Traktor Sazi" 1:0 "Sanat Naft Abadan"
Qol: Ənsəri, 42.
Bu qələbə ilə xalını 49-a yüksəldən "Traktor" 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 51 xalla "Persepolis" başçılıq edir. "Sepahan" 47 xalla 3-cüdür.