DİN-in futbolçuları İtaliyanı məğlub etdi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) futbol komandası Türkiyənin İstanbul şəhərində təşkil olunan beynəlxalq yarışda iştirak edir. SportLine.az xəbər verir ki, Türkiyə polisinin 124-cü ildönümünə həsr olunan turnirdə Azərbaycanla yanaşı, meydan sahibi - Türkiyə, İtaliya, Qətər, İspaniya, Rusiya, Bosniya və Herseqovina və Şimali Kipr Türk Cümhuriyyətinin komandaları mübarizə aparır. 

İlk oyunda İtaliya ilə üz-üzə gələn DİN-in komandası 1:0 hesablı qələbəyə sevinib. Yeganə qolu Vüqar Sadıxov vurub. 

Azərbaycan təmsilçisinin növbəti rəqibi meydan sahibləri olacaq. Görüş aprelin 3-də keçiriləcək. 

Qeyd edək ki, yarışa aprelin 8-də yekun vurulacaq.