Çilidə çempionat dayandırıldı

Çilidə hökumətə qarşı keçirilən etiraz aksiyaları futbola da təsir edib.

Sportline.az xəbər verir ki, on minlərlə insanın küçələrə çıxaraq etiraz aksiyalarına qoşulması səbəbindən ölkə futbol federasiyası bütün liqalarda oyunları təxirə salıb. Çempionatların nə vaxt davam etdiriləcəyi barədə qərar verilməyib.

Qeyd edək ki, Çilidə bir müddətdir davam edən aksiyalarda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir. İndiyədək hər iki tərəfdən çox sayda xəsarət alan olub.