Çin klubu Messi üçün fantastik təklifə hazırlaşır

Çin Super Liqasında çıxış edən "Hebey Çayna Forçun" klubu "Barselona"nın ulduzu Lionel Messiyə elçi düşüb. SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, asiyalılar argentinalı hücumçu üçün fantastik məbləğ təklif etməyə hazırlaşırlar. 

Məbləğ barədə dəqiq məlumat verilməsə də, "Hebey Çayna Forçun"un 300 milyon avro ödəməyə hazır olduğu deyilir. 

Qeyd edək ki, bu komanda hazırda Çin Super Liqasında 4-cü pillədə qərarlaşıb.