ÇL: "Liverpul" "Bavariya"ya, "Atletiko" "Yuventus"a rəqib oldu

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SportLine.az püşkatmanın nəticələrini diqqətinizə çatdırır:

"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Lion" (Fransa) - "Barselona" (İspaniya)
"Roma" (İtaliya) - "Porto" (Portuqaliya)
​"Ayaks" (Hollandiya) - "Real" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

1/8 final mərhələsinin oyunları 4 həftəni əhatə edəcək. İlk görüşlər 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.

Bu mərhələdə qrup qalibləri qrup ikinciləri ilə üz-üzə gələcək. 

QRUP QALİBLƏRİ QRUP İKİNCİLƏRİ

"Borussiya" (Dortmund, Almaniya)
"Barselona" (İspaniya)
PSJ (Fransa)
"Porto" (Portuqaliya)
"Bavariya" (Almaniya)
"Mançester Siti" (İngiltərə)
"Real" (İspaniya)
"Yuventus" (İtaliya)

"Atletiko" (İspaniya)
"Tottenhem" (İngiltərə)
"Liverpul" (İngiltərə)
"Şalke" (Almaniya)
"Ayaks" (Hollandiya)
"Lion" (Fransa)
"Roma" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə)