"Real" Çempionlar Liqası ilə vidalaşdı, "Tottenhem" 1/4 finalda

UEFA Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir. SportLine.az xəbər verir ki, bu gecə mərhələni adlayan iki komandanın adına aydınlıq gəlib.

"Ayaks" "Real"ı, "Tottenhem" isə "Borussiya"nı səfərdə məğlub edərək adını 1/4 finala yazdırıb.

06 mart 2019
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) - 1:4
QOLLAR:
Hakim Ziyeş, 7 (0:1); David Neres, 18 (0:2); Duşan Tadiç, 62 (0:3); Marko Asensio, 70 (1:3); Lasse Şöne, 72 (1:4)
Madrid. “Santyaqo Bernabeu” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:1

“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) - 0:1
QOL:
Harri Keyn, 48 (0:1)
Dortmund. “Siqnal İduna Park” stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:3