ÇL: Daha 3 komanda qrupda
Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab görüşləri start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə AEK, "Yanq Boyz" və "Ayaks" qrup mərhələsinə vəsiqə qazanıb.
Çempionlar Liqası
"Pley-off" mərhələsi, cavab oyunları
AEK (Yunanıstan) – "Videoton” (Macarıstan) - 1:1
Qollar: Petros Mantalos, 48 (p.) - Loik Neqo, 57
İlk oyun – 2:1
"Dinamo” (Zaqreb, Xorvatiya) – "Yanq Boyz” (İsveçrə) - 1:2
Qol: İzet Hayroviç, 7 - Giyom Oaro, 64 (p.); 66
İlk oyun – 1:1
"Dinamo” (Kiyev, Ukrayna) – "Ayaks” (Hollandiya) - 0:0
İlk oyun – 1:3
Qeyd edək ki, daha 3 vəsiqənin sahibi bu gün müəyyənləşəcək.