ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportline.az xəbər verir ki, namizədlər arasında Qonzalo İquain ("Yuventus"), Leroy Sane ("Mançester Siti"), Kriştiano Ronaldo ("Real") və Ceyms Milner ("Liverpul") yer alır.
Həftənin ən yaxşısı qurumun saytında keçirilən səsvermədən sonra məlum olacaq.