ÇL-də ilkin mərhələ yekunlaşdı

Çempionlar Liqasında 2019/20 mövsümünün ilkin mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, turnirin ilkin təsnifat mərhələsinin finalında Andorranın “Santa Koloma” və Kosovonun “Feronikeli” komandaları üz-üzə gəlib.

Qarşılaşma Kosovo çempionunun qələbəsiylə yekunlaşıb - 2:1. Nəticədə, komanda ÇL-in 1-ci təsnifat mərhələsində Uelsin TNS klubu ilə mübarizə aparmaq hüququ qazanıb.

İlkin mərhələnin yarımfinalında məğlub olan komandalar – “Tre Penne” (San Marino) və “Linkoln” (Cəbəllütariq) isə Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.