ÇL: "Fənərbağça" "Benfika"ya rəqib oldu

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, Liqa yolunda mübarizə aparan Türkiyənin "Fənərbağça" klubunun da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi qrup mərhələsinə vəsiqə uğrunda əvvəlcə "Benfika" səddini aşmalıdır.

Çempionlar Liqası, III təsnifat mərhələsi
Liqa yolu

“Standard Liej” – “Ayaks” / “Şturm” (Qrats)
“Benfika” – “Fənərbağça”
“Slaviya” (Praqa) – “Dinamo” (Kiyev)
PAOK / “Bazel” – “Spartak” (Moskva)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.