ÇL: Finalı idarə edəcək hakimlər müəyyənləşdi
Çempionlar Liqasında final oyununu idarə edəcək hakimlər müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Real" və "Liverpul" komandaları arasındakı həlledici görüş Serbiyadan olan Milorad Majiçə həvalə olunub.
26 may 2018
Çempionlar Liqası
FİNAL
22:45. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)
Kiyev, Olimpiya Stadionu
Baş hakim: Milorad Majiç (Serbiya)
Köməkçi hakimlər: Milovan Ristiç, Dalibor Dyurdyeviç (Serbiya)
Dördüncü hakim: Kleman Turpin (Fransa)
Əlavə köməkçi hakimlər: Nenad Dyokiç, Danilo Grujiç (Serbiya)