ÇL: Həftənin qoluna 4 namizəd

UEFA Çempionlar Liqasında həftənin qoluna namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, iddiaçıların tərkibi qrup mərhələsinin V tur qarşılaşmalarının yekunu əsasında müəyyənləşib.

Ən yaxşı qol adına namizədlər İtaliya "Yuventus"undan Paulo Dibala, "Atalanta"dan Alexandro Qomes, "İnter"dən Lautaro Martines və Almaniya "Bayer"indən Sven Benderdir.

Dibala İspaniya "Atletiko"sunu 1:0, Sven Bender Rusiyada "Lokomotiv"i, Alexandro Qomes Xorvatiya "Dinamo"sunu 2:0, Lautaro Martinez Çexiyada "Slaviya"nı 3:1 hesabı ilə məğlub etdikləri oyunlarda qol müəllifi olub.