ÇL: II təsnifat mərhələsinə yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha 9 qarşılaşma keçiriləcək. 

"Qarabağ" - "Kukesi" oyunu ilə yanaşı, HİK - BATE görüşü də azərbaycanlı futbolsevərlər tərəfindən maraqla gözlənilir. "Köhlən atlar" mərhələni adlayacağı təqdirdə növbəti mərhələdə bu cütün qalibi ilə üz-üzə gələcək.

Günün afişası belədir:


01 avqust 2018
Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunları)

HİK (Helsinki) - BATE (Belarus) - 1:2
İlk oyun - 0:0

"Mityulland" (Danimarka) - "Astana" (Qazaxıstan) - 0:0
İlk oyun - 1:2

"Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) - 3:0
İlk oyun - 0:0

"Malmö" (İsveç) - "ÇFR Kluj" (Rumıniya) - 1:1
İlk oyun - 1:0

"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya) - 0:2
İlk oyun - 0:3

"Bazel" (İsveçrə) - PAOK (Yunanıstan) - 0:3
İlk oyun - 1:2

"Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
İlk oyun - 0:0

"Şturm" (Avstriya) - "Ayaks" (Hollandiya) - 1:3
İlk oyun - 0:2

"Rusenburq" (Norveç) - "Seltik" (Şotlandiya) - 0:0
İlk oyun - 1:3