"Qarabağ" Çempionlar Liqasında PSV ilə qarşılaşa bilər
Bu gün Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.
Püşkatmanın nəticələrinə əsas Ağdam klubu BATE səddini adlayacağı təqdirdə Hollandiyanın PSV komandasına rəqib olacaq. "Köhlən atlar" ilk oyunu doğma azarkeşlər önündə keçirəcəklər.
Çempionlar Liqası
"Pley-off" mərhələsi
"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi - "Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)
"Yanq Boyz" (İsveçrə) - "Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi - "Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi
"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi
Qeyd edək ki, "pley-off"un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.
Bu gün Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçiriləcək mərasimdə "Qarabağ"ın da potensial rəqibləri bilinəcək.
III təsnifat mərhələsinin "Qarabağ" - BATE cütü "səpələnməmişlər" səbətində yer alıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi Belarus klubunu keçəcəyi təqdirdə "səpələnmişlər" səbətində qərarlaşan komandalardan biri ilə üz-üzə gələcək:
Çempionlar Yolu
"Səpələnmişlər" səbəti:
"Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
PSV (Hollandiya)
"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
"Səpələnməmişlər" səbəti:
"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)
"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi
Liqa yolu
"Səpələnmişlər" səbəti:
"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi
"Səpələnməmişlər" səbəti:
"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi
PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Qeyd edək ki, pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.