ÇL-in final görüşünün hakimi açıqlandı

Çempionlar Liqasında "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək final oyununa hakim təyinatları açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək. Ona həmyerliləri Yüre Praprotnik və Robert Vukan köməklik edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

Bu, Skominanın  karyerası ərzində ÇL-də baş hakim kimi ilk final matçı olacaq.

Qeyd edək ki, həlledici oyun iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.