ÇL-in gənc ulduzu "Borussiya"ya keçdi
"Zalsburq"un futbolçusu Erlinq Holand “Borussiya”ya transfer olub.
Sportline.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb. Bu keçid üçün Dortmund təmsilçisi 30 milyon avro təzminat ödəyib.
Norveçli hücumçu 1 il əvvəl "Molde"dən "Zalsburq"a keçmişdi.