ÇL: İngilislərin oyunu almana tapşırıldı

UEFA Çempionlar Liqasında sabah keçiriləcək görüşlərin hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, "Liverpul" - "Mançester Siti" dueli Almaniya, "Barselona" - "Roma" görüşü isə Hollandiyadan olan briqadaya həvalə olunub:

04 aprel 2018
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)

22:45. "Barselona" - "Roma"
Baş hakim:
Danni Makkeli
Köməkçi hakimlər: Mario Diks, Hessel Şteqstra
Dördüncü hakim: Yan de Fris
Əlavə köməkçi hakimlər: Kevin Blom, Kamfuis Yohem (hamısı Hollandiya)

22:45. "Liverpul" - "Mançester Siti"
Baş hakim:
Feliks Brix
Köməkçi hakimlər: Mark Borş, Ştefan Lupp
Dördüncü hakim: Markuş Heyker
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Fritz (hamısı Almaniya)