"Qarabağ" Albaniyadan heç-heçə ilə dönür
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə Azərbaycan təmsilçisi "Qarabağ" meydana çıxacaq. Ağdam təmsilçisi Albaniyada "Kukesi"nin qonağı olacaq.
Sloveniya çempionunu mübarizədən kənarlaşdıran "köhlən atlar", bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədirlər. "Kukesi" isə doğma meydanda keçirəcəyi ilk oyunda sərfəli nəticə qazanmaq istəyir.
Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Görüşü Norveçdən Ola Hobber Nilsenin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
25 iyul 2018
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0
"Kukesi": 77. Stivi Fraşeri, 4. Yuli Şameti (k), 6. Alba Ala, 9. Sebino Plaku, 15. Haralamb Çaçi, 18. Arber Çyurbiya, 20. Simo Rumbulaku, 23. Besar Musoli, , 24. Edis Maliki, 26. Vilyam Kordeyru Melu, 33. İrakli Dzariya,
"Qarabağ": 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye
Baş hakim: Ola Hobber Nilsen
Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen
Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)
Şkoder. Loro Boriçi stadionu