ÇL: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi II təsnifat mərhələsində "Kukesi" səddini adlasa, növbəti mərhələdə BATE - HİK (Helsinki) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar yolu

“Seltik” / “Rusenborq” – AEK
“Zalsburq” – “Şkendiya” / “Şerif”
“Srvena Zvezda” / “Süduva” – “Legiya” / “Spartak” (Trnava)
“Kukesi” / “Qarabağ” – BATE / HİK (Helsinki)
“Astana” / “Midtyulland” – “Dinamo” (Zaqreb) / “Hapoel” (Beer-Şeva)
“Klüj” / “Malmö” – “Lüdoqorets” / “Videoton”

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.