ÇL: "Qarabağ"ın potensial rəqibləri də heç-heçəyə razılaşdı
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları yekunlaşacaq. SportLine.az xəbər verir ki, oyun günündə 5 qarşılaşma keçiriləcək.
III təsnifat mərhələsində "Qarabağ"a rəqib ola biləcək BATE (Belarus) və HİK (Finlandiya) kollektivləri də bu gün meydana çıxacaq.
“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) və “Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) duelləri də gərgin mübarizə vəd edir.
25 iyul 2018
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
BATE (Belarus) - HİK (Finlandiya) - 0:0
“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) - 0:0
“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) - 0:0
“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) - 2:0
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) - 3:1