ÇL: Qrup mərhələsinin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının qrup mərhləsinin rəmzi "11-liy"ini açıqlayıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Fantasy Football” oyununda yığılan xallar əsasında tərtib edilən komandada "Yuventus" və "Ayaks" iki futbolçu ilə təmsil olunub.

Voytsex Şesni ("Yuventus”, İtaliya); 

Jordi Alba ("Barselona”, İspaniya), Leonardo Bonuççu ("Yuventus”, İtaliya), Nikolas Talyafiko ("Ayaks”, Hollandiya), Rafael Gerreyru (Dortmund "Borussiya”sı, Almaniya);

Karlos Soler ("Valensiya”, İspaniya), Nikola Vlaşiç (MOİK, Rusiya), Cengiz Ünder ("Roma”, İtaliya);

Mussa Mareqa ("Portu”, Portuqaliya), Duşan Tadiç ("Ayaks”, Hollandiya), Robert Levandovski ("Bavariya”, Almaniya).