ÇL: "Benfika", PSV və "Srvena Zvezda" qrup mərhələsinə yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında "pley-off" mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə qrup mərhələsinə daha üç vəsiqənin sahibi müəyyənləşəcək.

Diqqətlər, əsasən, Yunanıstana yönələcək. Səfərdə "Benfika" ilə qollu heç-heçəyə nail olan PAOK üstünlüyü doğma meydanda qorumağa çalışacaq. Lissabon təmsilçisi isə mərhələni adlamaq üçün, ən azı, 1 qol vurmalıdır.

Günün afişası belədir:


29 avqust 2018
Çempionlar Liqası
"Pley-off" mərhələsi (cavab oyunları)

PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) - 1:4
QOLLAR:
Aleksandr Priyoviç, 13 (1:0); Jardel, 20 (1:1); Salvio, 26/p. (1:2); Pitsi, 39 (1:3); Salvio, 49/p. (1:4)
İlk oyun - 1:1

PSV (Hollandiya) - BATE (Belarus) - 3:0
QOLLAR:
Steven Berqviyn, 14 (1:0); Lük de Yonq, 36 (2:0); İrvinq Lozano, 62 (3:0)
İlk oyun - 3:2

“Zalsburq” (Avstriya) - “Srvena Zvezda” (Serbiya) - 2:2
QOLLAR:
Munas Dabbur, 45 (1:0); Munas Dabbur, 48/p. (2:0); Ben Fardu, 65 (2:1); Miloş Deqenek, 66 (2:2)
İlk oyun - 0:0