ÇL: Sonuncu həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bunlar Qabriel Jezuş (“Mançester Siti”), Arkadiuş Milik (“Napoli”), Neymar (PSJ) və Joao Feliksdir (“Atletiko”).

Azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsi sabah müəyyənləşəcək.