"Bavariya" "Real"a, "Liverpul" "Roma"ya rəqib oldu

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Püşkatmanın nəticələri belədir:

"Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya)
"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 24-25 aprel, cavab matçları isə 1-2 mayda olacaq.