ÇL: Yeni mövsümün ilk oyunları keçirildi

UEFA Çempionlar Liqasında ilkin təsnifat mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, Cəbəllütariqdə təşkil olunan görüşlərdə finalçıların adları müəyyənləşib. 

Nəticələrə əsasən, Kosovonun "Drita" və Cəbəllütariqin "Linkoln Red İmps" kollektivləri həlledici duelə yüksəlib. Məğlub olan Andorranın "Santa Koloma" və San-Marinonun "La Fiorita" komandaları isə mübarizəni Avropa Liqasının II təsnifat mərhələsindən davam etdirəcək.

26 iyun 2018
Çempionlar Liqası
İlkin təsnifat mərhələsi

“Santa Coloma” (Andorra) - “Drita” (Kosovo) - 0:2 (Əlavə vaxtda)

“La Fiorita” (San Marino) - “Linkoln Red Imps” (Cəbəllütariq) - 0:2

FİNAL

29 iyun 2018

“Linkoln Red Imps” (Cəbəllütariq) - “Drita” (Kosovo)

Avropa Liqası, II təsnifat mərhələsi

26 iyul 2018

"Santa Koloma" (Andorra) - "Valur" (İslandiya) / "Rusenborq" (Norveç)

"Spartak" (Yurmala, Litva) / "Srvena Zvezda" (Serbiya) - "La Fiorita" (San-Marino)