"Yuventus" qələbəni əldən verdi, "Mançester Siti" darmadağına sevindi

Bu gün UEFA Çempionlar Liqasında fasilə yekunlaşacaq.

SportLine.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Yarışın favoritlərindən "Mançester Siti" İsveçrəyə səfər edəcək. "Bazel"in qonağı olacaq "şəhərlilər" favorit statusunu doğrultmağa çalışacaq.

Turində keçiriləcək "Yuventus" və "Tottenhem"in dueli isə daha maraqlı mübarizə vəd edir.


13 fevral 2018
Çempionlar Liqası
1/8 final (cavab oyunu)

"Bazel" - "Mançester Siti" - 0:4
QOLLAR:
İlkay Gündoğan, 14 (0:1); Bernardo Silva, 18 (0:2); Aqüero, 23 (0:3); İlkay Gündoğan, 53 (0:4)
Hakimlər: Yunas Eriksson, Matias Klasenius, Daniel Vernmark, Mehmet Kulum
Köməkçi hakimlər: Andreas Ekberq, Stefan Yuhannesson (hamısı İsveç)

"Yuventus" - "Tottenhem" - 2:2
QOLLAR:
İquain, 2 (1:0); İquain, 9/p. (2:0); Harri Keyn, 35 (2:1); Eriksen, 72 (2:2)
Hakimlər: Feliks Brix, Mark Borş, Ştefan Lupp, Markus Heker
Köməkçi hakimlər: Bastian Dankert, Marko Fritç (hamısı Almaniya)