Çumbinyo 1 ayda 2 klub dəyişdi

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo klubunu dəyişib. SportLine.az xəbər verir ki,  yarımmüdafiəçi Paulista Seria A2-də çıxış edən "İnter de Limeyra"nı C seriyasının Qauço liqasında mübarizə aparan "Yuventude"yə dəyişib.

Qeyd edək ki, Çumbinyo "İnter de Limeyra"ya ötən ay Yunanıstan klubu "Levadiakos"dan keçmişdi. Qış fasiləsində "Səbail"in maraq dairəsində olan futbolçu yanvarın 28-də "İnter de Limeyra" ilə müqavilə bağlamışdı.