Cüneyt Çakır Mundiala dəvət aldı

FİFA DÇ-2018-də iştirak edəcək hakimlərin siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, türkiyəli Cüneyt Çakırın da adı Mundialda olacaq hakimlər sırasındadır.

Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər.

Qeyd edək ki, C.Çakır 2014-cü ildə Braziliyada təşkil olunan Dünya çempionatında da iş başında olub.

FİFA bu Mundialda 99 referiyə etimad göstərəcək. Onların 36-sı əsas, 63-ü isə köməkçi hakimlərdir.