Cüneyt Çakır Sloveniya - Avstriya matçında

Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, G qrupunun Sloveniya - Avstriya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də Bakı vaxtı ilə 22:45-də başlanacaq.